Norveç terrorçusu Anders Breyvik 21 illik həbsə məhkum edilib - YENİLƏNİB

Norveç terrorçusu Anders Breyvik 21 illik həbsə məhkum edilib - <font color=red>YENİLƏNİB</font>
# 24 avqust 2012 10:47 (UTC +04:00)
APA-nın məlumatına görə, 21 il Norveç qanunvericiliyində maksimal müddətdir. Lakin həmin müddət bitəndən sonra Breyvikin cəmiyyət üçün hələ də təhlükəli olduğu qənaətinə gəlinərsə, o, həbsdə saxlanıla bilər.

İttiham tərəfi onun anlaqsız olmasının qəbul edilməsini istəyib. Belə olan halda Breyvik müddətsiz məcburi müalicəyə cəlb olunmalı idi. Lakin terrorçu özü və vəkili məhkəmənin onu psixi cəhətdən sağlam olduğunu təsdiqlənməsinə nail olublar.

Bundan başqa, Breyvikin qurbanlarının qohumları da onun anlaqlı olduğunu israr ediblər. Əks halda, norveçli törətdiyi dəhşətli qətllərə görə daha az məsuliyyət daşıyacaqdı.

A. Breyvik cəzasını Norveçin “İla” həbsxanasında çəkəcək. Burada terrorçu üçün yataq otağı, kabinet, idman zalı və tikan lı məftilli beton divarla əhatə olunmuş həyət ayrılıb. O, artıq bir ildir ki, bu həbsxanada yatır.

Qeyd edək ki, A. Breyvik 2011-ci il iyulun 22-də Norveçdə dəhşətli terror aktı törədib. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb.

A. Breyvik qətl törətdiyini etiraf edib və bildirib ki, bu yolla siyasi bəyanat verərək, müsəlmanların Norveçdə çoxalmalarına qarşı çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR