“Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin üzvü 2 il müddətinə azadlıqdan məhrum edilib

“Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin üzvü 2 il müddətinə azadlıqdan məhrum edilib
# 12 sentyabr 2012 15:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sabirabad rayon Məhkəməsində “Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin fəalı İlham Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, İ. Əmiraslanovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, İ. Əmiraslanov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Əmiraslanov qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR