Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Hökumət-müxalifət dialoqunun davamı olacaq”

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Hökumət-müxalifət dialoqunun davamı olacaq”
# 18 sentyabr 2012 07:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan hökumətinin müxalifətlə dialoqlarının davamı olacaq. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.

Onun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir və seçkilər ilində təmaslar daha da artırılacaq: “Proseslərdə fəallıq olacaq - həm siyasi partiyalar, həm mətbuat, həm də qeyri-hökumət təşkilatlarında. Azərbaycan hakimiyyəti cəmiyyətin ayrılmaz hissəsi olan bu qurumlarla işi gücləndirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR