Masallıda YAP-ın 20 illiyik yubileyinə həsr olunmuş mini-futbol turniri keçirilib

Masallıda YAP-ın 20 illiyik yubileyinə həsr olunmuş mini-futbol turniri keçirilib
# 06 oktyabr 2012 16:40 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində YAP-ın yaranmasının 20 illik yubileyi münasibətilə keçirilən 3 günlük zona mini-futbol turnirinə yekun vurulub. APA-nın Cənub bürosunun məlumatına görə, yarışlarda YAP Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Lerik rayon təşkilatlarının 29 yaşa qədər gənc üzvlərindən ibarət komandaları qüvvəsini sınayıb. Turnirdə Masalı komandası rəqiblərindən üstün oyun nümayiş etdirərək birinci yeri qazanıb.
Turnir iştirakçılarının mükafatlandırma mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR