Nobel sülh mükafatının laureatı açıqlanıb

Nobel sülh mükafatının laureatı açıqlanıb
# 12 oktyabr 2012 11:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, təşkilatçılar Avropada demokratiyanın inkişafı və II Dünya müharibəsindən sonra ölkələr arasında sülh yaradılmasına verdiyi töhfələrlə əlaqədar AB-ni bu mükafata layiq görüblər. Nobel Komitəsinin bəyanatında bildirilir ki, AB xalqlar arasında qardaşlığı özündə ehtiva edir: “Avropa Birliyi Avropanı müharibələrin əhatə etdiyi qitədən uzun müddətdir sülhün bərqərar olduğu qitəyə çevirə bilib”.

Avropa Parlamentinin sədri Martin Şults Nobel Komitəsinin qərarından təsirləndiyini söyləyib.

Xatırladaq ki, Avropa Birliyi 1950-ci il mayın 9-da Avropa Polad və Kömür Birliyi adı ilə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR