Məhkəmə prokurorluğun şikayətini təmin etməyib

Məhkəmə prokurorluğun şikayətini təmin etməyib
# 02 may 2012 08:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən 4 nəfərin barəsindəki məhkəmə hökmündən Baş Prokurorluğun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən protest təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi qətldə təqsirləndirilən Seymur Hüseynov, Emil Hüseynov, qardaşı Etibar Hüseynov və Zülfüqar Soltanov barəsində olan cinayət işinə xitam verərək bəraət hökmü çıxarıb. Prokurorluq isə hökmdən apellyasiya protesti verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR