Bakı şəhər Baş Polis İdarəsinin idarə rəisi və daha bir yüksək rütbəli əməkdaşı işdən çıxarılıb - EKSKLÜZİV

Bakı şəhər Baş Polis İdarəsinin idarə rəisi və daha bir yüksək rütbəli əməkdaşı işdən çıxarılıb - <font color=red>EKSKLÜZİV</font>
# 14 may 2012 12:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis polkovniki İlqar Əzimov və həmin idarənin şöbə rəisi Asim Abdullayev tutduqları vəzifədən azad olunublar.

APA-nın əldə etdiyi xəbərə görə, polis zabitlərinin işdən çıxarılmaları xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlarla əlaqəlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR