“Real” Joze Mourinyo ilə yeni müqavilə bağlayıb

“Real” Joze Mourinyo ilə yeni müqavilə bağlayıb
# 22 may 2012 15:26 (UTC +04:00)
Bakı – APA. “Real” portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis daha 4 il Madrid təmsilçisində çalışacaq. Müqavilənin müddəti 2016-cı il iyunun 30-dək uzadılıb.

Qeyd edək ki, Mourinyo “Real”ı çalışdırdığı ilk ildə Kral kubokunu, 2-ci mövsümdə İspaniya çempionluğunu qazanıb. Həmçinin, Madrid təmsilçisi onun rəhbərliyi altında bu il 121 qol və 100 xalla yeni rekord müəyyənləşdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR