AŞPA həmməruzəçiləri Azərbaycan prezidentinin əfv fərmanı imzalamasını alqışlayıblar

AŞPA həmməruzəçiləri Azərbaycan prezidentinin əfv fərmanı imzalamasını alqışlayıblar
# 26 iyun 2012 11:31 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. AŞPA-nın Azərbaycan üzrə həmməruziçiləri Jozef Debono Qrex və Pedro Aqramunt prezident İlham Əliyevin əfv fərmanı nəticəsində 2 aprel məhbuslarının azad olunmasını alqışlayıblar. APA-nın Avropa bürosunun məlumatına görə, dünən AŞPA-da həmməruzəçilərin adından yayılan sənəddə bildirilir ki, bu fərman onların uzun müddət, xüsusilə də bu yaxınlarda ölkəyə səfəri zamanı etdikləri zaman səsləndirdikləri çağırışlara cavab verir. Həmməruzəçilər bu hadisəni prezident İlham Əliyevin xoş məramının ifadəsi kimi dəyərləndirib, hələ də həbsdə qalan iki nəfərin də azad edilməsinin vacibliyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR