«Sendi» qasırğası Kubaya çatıb

«Sendi» qasırğası Kubaya çatıb
# 25 oktyabr 2012 11:49 (UTC +04:00)
Bakı – APA. Bu gün «Sendi» qasırğası Kubanın cənub-şərqini bürüyüb. Qasırğa ölkənin ikinci böyük şəhəri Santyaqo de Kubanı da əhatə edib.

APA-nın xəbərinə görə, ABŞ-ın Qasırğaların tədqiqi Mərkəzinin məlumatlarına əsasən, qasırğa zamanı küləyin sürəti 183 km/saata çatıb.

Hələlik qasırğa nəticəsində dağıntı və tələfat haqqında məlumat yoxdur. Amma bu qasırğa Yamaykada bir kişi, Haitidə isə bir qadının ölümünə səbəb olub. Proqnozlara görə, Kubadan sonra «Sendi» Baham adalarına çatacaq. Bununla əlaqədar olaraq ABŞ-ın Florida ştatında da təhlükəsizlik tədbirləri görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR