Azərbaycanda bank aktivləri azalıb

Azərbaycanda bank aktivləri azalıb
# 14 mart 2012 12:08 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, bank aktivləri ötən ilin fevralın əvvəli ilə müqayisədə 1,071 mlrd. manat və ya 8,2% artıb, bu ilin yanvarında isə 54,17 mln. manat və ya 0,4% azalıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi fevralın 1-nə 9 118,4 mln. manat (xüsusi çəkisi 64,2%), müxbir hesabları 982,5 mln. manat (6,9%), investisiyalar 1 487,3 mln. manat (10,5%), nağd vəsaitlər 689,0 mln. manat (4,9%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 571,3 mln. manat (4,0%), digər aktivlər isə 1 356,6 mln. manat (9,5%) təşkil edib.

Kommersiya banklarının məcmu passivlərinin 82,7%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 11 748,17 mln. manat təşkil edib. Öhdəliklərin strukturunda 6 606,1 mln. manat depozitlər, 4 368,0 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 774,1 mln. manat digər öhdəliklərin payına düşür.

Bankların məcmu kapitalı 2012-ci ilin fevralın 1-nə 2 456,8 mln. manata bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR