Misir Mərdanov: “Təhsil Nazirliyinin məlumat bazasında heç bir problem yoxdur”

Misir Mərdanov: “Təhsil Nazirliyinin məlumat bazasında heç bir problem yoxdur”
# 28 iyun 2012 16:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi Azərbaycanda qızıl medala layiq görülən məzunların sayını dəqiqləşdirir. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, məktəb direktorlarına məktub göndərilib ki, medala namizəd olan məzunlara hələlik attestat yazmasınlar: “Respublika üzrə onların ümumi sayı bəlli olduqdan sonra səmərəli qərar qəbul edəcəyik. Təklif etmişdim ki, medalları TQDK versin, onlar bundan imtina etdilər”.

Nazir məzunlara attestatların verilməsi ilə bağlı heç bir problemin olmadığını vurğulayıb: “Bu günədək Bakıda 20 mindən çox məzuna attestat verilib”.

M.Mərdanov TQDK sədri Məleykə Abbaszadənin nazirliyin məlumat bazasında problemlər olması ilə bağlı dediklərinə də münasibət bildirib: “Təhsil Nazirliyinin məlumat bazasında heç bir problem yoxdur. İmtahan nəticələri bizə daxil olduqca, attestatlar veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR