Kurmanbek Bakiyevə Belarus vətəndaşlığı verilib

Kurmanbek Bakiyevə Belarus vətəndaşlığı verilib
# 10 fevral 2012 07:58 (UTC +04:00)
Bakı – APA. Belarus hakimiyyəti Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevə vətəndaşlıq verib. APA-nın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, K. Bakiyev 2010-cu il aprelin 19-da prezident Aleksandr Lukaşenkonun dəvəti ilə Belarusa gedib və bu yaxınlarda ona Belarus pasportu təqdim olunub.

Qeyd edək ki, Qırğızıstan Baş Prokurorluğu iki dəfə Belarus rəhbərliyinə sorğu ilə müraciət edərək K. Bakiyevin təhvil verilməsini istəyib və mənfi cavab alıb. Sabiq prezident vətənində qətllərin təşkilində və xidməti vəziyyətindən sui-istifadə etməkdə ittiham olunur. K. Bakiyevin Minsk ətrafında 2 milyon dollara mülk aldığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR