İsmayıllıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
# 19 iyun 2012 13:26 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 26-cı kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb. İsmayıllı şəhər sakini Sadıqov Elvin Sadıq oğlunun idarə etdiyi 21-BA-500 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını qarşı tərəfdən gələn Babayev Kənan Rauf oğluna məxsus 90-HO-452 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR