UEFA millinin futbolçusunu 10 illik cəzalandırıb

UEFA millinin futbolçusunu 10 illik cəzalandırıb
# 21 avqust 2012 11:24 (UTC +04:00)
Bakı – APA. UEFA Malta yığmasının futbolçusu Kevin Sammutu ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı dayaq yarımmüdafiəçisi 10 illik diskvalifikasiya olunub. Bu da ondan Xorvatiyalı bukmeker kontoru ilə əlbir olmaqda şübhələnməklə bağlıdır.

Belə iddia olunur ki, Kevin 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Norveçin Maltaya 4:0 hesabı ilə qalib gəldiyi oyunun danışılmış olmağının təşkilinə yardımçı olub. Onda norveçlilər 3 qolu sonda vurub, Sammut isə fasilədə əvəzlənib.

Futbolçu ünvanına səsləndirilən ittihamı inkar edir. O, qərarla bağlı apelyasiya verə bilər. Hələliksə UEFA maltalıya 10 il istənilən futbol fəaliyyəti, o cümlədən məşqçilik və agentliklə məşğul olmağı qadağa qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR