Şabranda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Şabranda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
# 24 avqust 2012 01:02 (UTC +04:00)
Şabran. Vəli Turan – APA. Avqust ayının 23-ü axşam saatlarında Şabran rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Rusiya Federasiyası Dövlət sərhədi yolunun Şabran rayonunun Uzunbayad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şabran rayonunun Zeyvə kənd sakini 41 yaşlı Kamil Bayramovun idarə etdiyi “Daewoo nexcia” markalı 17 BC 154 dövlət nömrə nişanlı avtomaşınla İmişli rayon sakini 28 yaşlı Zamin Güləliyevin idarə etdiyi 30 BF 173 dövlət nömrə nişanlı “Ford” markalı yük maşını toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü Z.Güləliyev, minik avtomobilinin sürücüsü K.Bayramov və onun 7 yaşlı oğlu Vazeh müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ata və oğulun vəziyyətin daha ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR