Müdafiə Sənayesi Nazirliyində Koreya nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində Koreya nümayəndə heyəti ilə görüş keçirilib
# 20 sentyabr 2012 10:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Koreya Müdafiəyə Nail olunması Proqramı Administrasiyasının sədri Chung Jae Woonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə APA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini Yəhya Musayev Koreya nümayəndə heyətinə MSN-in yaranması və fəaliyyəti ilə bağlı məlumat verib. Görüşdə Koreya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Koreya nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olması üçün nazirliyin Elektron Hesablayıcı Maşınları zavoduna ziyarəti nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR