Azərbaycan paytaxtında sevgilisini qətlə yetirən kişi intihar edib

Azərbaycan paytaxtında sevgilisini qətlə yetirən kişi intihar edib
# 15 oktyabr 2012 12:45 (UTC +04:00)
Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən parkda “Vikinq” attraksionundan asılmış kişi meyiti tapılıb. Araşdırmalar nəticəsində onun Binəqədi rayonu, Biləcəri qəsəbə sakini, 1960-cı il təvəllüdlü Həsənov Elxan Rəsul oğlu olduğu müəyyənləşib.

Polisdən həmçinin bildirilib ki, mərhum Binəqədi polisi tərəfindən axtarışda olub. Belə ki, o, bir müddət əvvəl Rusiyadan Bakıya qonaq gələn sevgilisini öldürüb. Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Tinko Anjelanın şişmiş və iylənmiş meyiti yaşadığı evdə tapılıb. Meyitə ilkin baxış keçirilərkən qadının üzərində xəsarətlər aşkar edilib.

Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin E. Həsənov olduğu müəyyənləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR