İranda keçirilən parlament seçkilərinin ikinci turunu 60 min müşahidəçi izləyir

İranda keçirilən parlament seçkilərinin ikinci turunu 60 min müşahidəçi izləyir
# 04 may 2012 10:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda keçirilən parlament seçkilərinin ikinci turunu 60 min müşahidəçi izləyir. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın 18 əyalətində yerləşən seçki dairələrində ümumilikdə 14371 seçki qutusu var. Tehranda təşkil edilən seçki məntəqələrində namizədlərin 4100 nümayəndəsi müşahidəçi qismində iştirak edir.

Qeyd edək ki, İranda səhər saatlarında başlayan IX çağırış parlament seçkilərinin ikinci turu yerli vaxtla saat 18:00-da sona çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR