Gənclər üçün arxeoloji düşərgələrə start verilir

Gənclər üçün arxeoloji düşərgələrə start verilir
# 21 iyun 2012 10:56 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub. GİN-in mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsidir.

Bununla əlaqədar GİN Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə iyunun 22-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verir. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edəcək.

Düşərgələr iyulun 6-dək davam edəcək.

Sonda iştirakçılara GİN-in sertifikatları veriləcək.

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramı əsasında həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR