Bakı-Qazax yolunda “Mercedes” yanıb, sürücü xəsarət alıb

Bakı-Qazax yolunda “Mercedes” yanıb, sürücü xəsarət alıb
# 19 iyul 2012 13:49 (UTC +04:00)
Ucar. Elvin Yaqubov – APA. Ucar rayonunda minik avtomobili yanıb, xəsarət alan var. Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucarın Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ucarın Qəzyan kənd sakini, 1971-ci il təvəllüdlü Əhədov Elxan Əlihəsən oğlu idarə etdiyi 90-XL-825 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən mühərrik qısaqapanma səbəbindən qəflətən alovlanıb. Qısa vaxt ərzində alov avtomobili tamamilə əhatə edib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. “Mercedes” tamamilə yanaraq yararsız hala düşüb, sürücü yüngül xəsarət alaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR