Azərbaycan prezidenti Ağstafada Gənclər Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Ağstafada Gənclər Mərkəzinin açılışında iştirak edib
# 12 aprel 2012 12:41 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzdə karaoke-diskoteka zalı, kafe, interaktiv və pnevmatik stend atıcılığı salonu yaradılıb.

Bundan başqa, mərkəzdə 3D formatlı sinema klub da fəaliyyət göstərəcək. Klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılıb, 2D və 3D formatlı filmlərin nümayişi üçün şərait yaradılıb. Burada yüksək sürətli internet-kafe də fəaliyyət göstərir.

Mərkəzin yaxınlığında 260 yerlik yay kinoteatrı və diskoteka meydançası tikilib.

Prezident Gənclər Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR