MSK sədri Məzahir Pənahov Avstriyaya səfərə gedib

MSK sədri Məzahir Pənahov Avstriyaya səfərə gedib
# 11 iyul 2012 11:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avstriyaya səfərə gedib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov iyulun 12-də və 13-də Avstriyada səfərdə olacaq. Səfərdə məqsəd Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Demokratik seçkilər və seçkilərin müşahidəsi” mövzusunda Avstriyanın paytaxtı Vyanada ATƏT-in Əlavə İnsan ölçüsü görüşü ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir.

Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət edəcək. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR