Kolumbiyada qiyamçılar ilə döyüşdə 15 hərbiçi həlak olub

Kolumbiyada qiyamçılar ilə döyüşdə 15 hərbiçi həlak olub
# 29 aprel 2012 04:44 (UTC +04:00)
Bakı-APA. Kolumbiyada FARK radikal solçu qruplaşması ilə döyüşdə 15 hərbiçi həlak olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Kolumbiya hökumətinin nümayəndəsi bildirib ki, qiyamçı dəstələr ölkənin cənubunda narkotik vasitələri istehsalı üçün laboratoriyanı məhv edən hərbiçilərə hücum ediblər.
Bu son bir ildə FARK qruplaşmasının hökumət qüvvələrinə qarşı ən iri hərbi əməliyyat olub.
Xatırladaq ki, bu ilin martında Kolumbiyanın şimal-qərbindəki Arauka departamentində FARK döyüşçülərin hücumu nəticəsində 11 hərbiçi həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR