Elçin Behbudov prezident İlham Əliyevin həyatına sui-qəsd planlaşdırmaqda təqsirləndirilən silahlı birləşmənin üzvləri ilə görüşüb

Elçin Behbudov prezident İlham Əliyevin həyatına sui-qəsd planlaşdırmaqda təqsirləndirilən silahlı birləşmənin üzvləri ilə görüşüb
# 11 iyun 2012 12:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraiti ilə maraqlanıblar: “Biz kameralara, yeməkxanaya, gəzinti meydançasına, idman zalına baxış keçirdik. Hər hansı nöqsan aşkarlanmadı”.

E. Behbudov orada saxlanılan, “Eurovision” mahnı müsabiqəsi zamanı Azərbaycanda terror hadisələri törətməkdə və prezident İlham Əliyevin həyatına sui-qəsd planlaşdırmaqda təqsirləndirilən silahlı birləşmənin 3 üzvü ilə də görüşdüklərini deyib: “Orada saxlanılan Xalıqov Səxavət Mirağa oğlu, Salıyev Samir Fəxrəddin oğlu və Umayev Urfan Fikrət oğlu ilə görüşdük. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Hər biri vəkillə təmin olunub. Özlərini qismən təqsirli bilirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR