Bakıda ilk dəfə «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi keçiriləcək

Bakıda ilk dəfə «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi keçiriləcək
# 08 iyun 2012 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabrın 10-11-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda ilk dəfə «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi keçiriləcək.
«Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, tədbir 2011-ci ildən Ümumdünya Tunel Assosiasiyasının üzvü və regionda bu istiqamətin yeganə təmsilçisi olan Azərbaycan Tunelçilər Birliyinin təşəbbüsü ilə təşkil olunacaq. Sözügedən təbirdə Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlərin nümayəndələri iştirak edəcək.

Konqresdə ən son tədqiqatlar və ən yeni yaradıcı ideyalarla üst-üstə düşən mövzular müzakirə olunacaq. Bunların sırasında tunellərin çəkilməsi, ekoloji təhlükəsizlik, yeraltı texnologiyalarla bağlı layihələr sahəsində planlaşdırma, tədqiqatlar, daşlı və yumşaq torpağın emalı texnologiyaları sahəsində ixtiralar, maliyyə risklərinin analizi, yeraltı tikililərin istismara verilməsi, cari təmiri, bərpası, yenidən qurulması və təmiri, seysmik cəhətdən davamlı tikililər, geoloji və geotexniki tədqiqatlar, yer qazıma texnikası, mikrotunellər və tranşeyasız texnologiyalar, torpağın korreksiyası və s. mövzular yer tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR