Azərbaycanda rezidenturaya daxil olanların qeydiyyatı başa çatıb

Azərbaycanda rezidenturaya daxil olanların qeydiyyatı başa çatıb
# 21 sentyabr 2012 14:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda 2012-2013-cü il üçün rezidenturaya daxil olanların qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, rezidenturaya daxil olanların qeydiyyatına sentyabrın 17-də başlanılıb. Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 21-dək təqdim etməklə Səhiyyə Nazirliyində, Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə həmin universitetin tibb fakültəsində qeydiyyatdan keçməli idilər.

Qeyd edək ki, bu il rezidentura üçün ayrılmış 514 plan yerinə 492 nəfər qəbul olunub. Onlardan 432 nəfəri Azərbaycan, 60 nəfəri rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz yerinə yetirilib. Rezidenturanın boş qalmış yerlərinə keçirilən müsabiqədə isə 8 nəfər qalib hesab edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR