Xudatda yaşayış evi yanıb

Xudatda yaşayış evi yanıb
# 07 fevral 2012 11:54 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda yanğın baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Xudat şəhər sakini 1974-cü il təvəllüdlü Abdullayev Namiq Nifti oğluna məxsus, Azərbaycan küçəsində yerləşən birmərtəbəli yaşayış evi yanıb. Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunsa da, 55 kv/m-lik ev tamam yanıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR