Günəş Abbasova yenə də Eurovision-a gələ bilməyəcək

Günəş Abbasova yenə də Eurovision-a gələ bilməyəcək
# 14 fevral 2012 21:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Belarusun Bakıda keçiriləcək Eurovision - 2012 mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı məlum olub. APA-nın məlumatına görə, fevralın 14-də keçirilən milli final mərhələsində Alyona Lanskaya qalib gəlib. Belarusun milli finalında yarışan 5 ifaçının hər biri perfomanslarını nümayiş etdirib və qalib tamaşaçıların, eləcə də münsiflərin rəyi ilə müəyyənləşib. Bildirək ki, Belarusun milli finalında mübarizə aparan beş ifaçıdan biri azərbaycanlı Günəş Abbasova olub. Səsvermə nəticələrinə görə, Günəş Abbasova beşlikdə üçüncü yerlə kifayətlənib. Alyona Lanskaya tamaşaçılardan və münsiflərdən 12 balı yığaraq Belarusu mötəbər müsabiqədə təmsil etmək şansı qazanıb.
Belarusun final gecəsində xüsusi qonaq qismində Azərbaycanın müsabiqə qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak edib. Onlar gecədə qalib mahnı olan “Running Scared”i ifa ediblər. Gecənin digər musiqili qonaqları arasında müsabiqənin ilk qalibi Liz Assia, müxtəlif illərdə müsabiqədə iştirak edən və qalib olan Ruslana, Aleksandr Rıbak, Mariya Şerifoviç, eləcə də müsabiqənin yaddaqalan ifaçılarından olan Sakis Ruvas olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR