Sumqayıt sakinindən silah-sursat götürülüb

Sumqayıt sakinindən silah-sursat götürülüb
# 17 fevral 2012 14:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıt sakinindən xeyli sayda silah-sursat götürülüb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini 30 yaşlı Zöhrab Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Z. Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR