Ukraynanı “Eurovision-2012” mahnı müsabiqəsində konqolu müğənni təmsil edəcək - FOTO

Ukraynanı “Eurovision-2012” mahnı müsabiqəsində konqolu müğənni təmsil edəcək - <font color=red>FOTO</font>
# 18 fevral 2012 14:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Ukraynanın Eurovision -2012 mahnı müsabiqəsindəki təmsilçisi seçilib. APA-nın məlumatına görə, bu gün ölkənin milli final gecəsi keçirilib.

Finalda 21 ifaçı arasından Qaytana adlı müğənni Ukraynanı “Eurovision 2012”-də təmsil etmək hüququ qazanıb. Milli Finalda Qaytana «Be my guest» («Mənim qonağım ol») mahnısı ilə çıxış edib və 41 səslə qalib olub. Qaytana Bakı səhnəsində də bu mahnı ilə çıxış edəcək.

32 yaşlı müğənni Qaytana Essami (Gaitana Essami) ifaçılığa əsasən R&B janrında musiqilərlə başlayıb. O, əslən konqoludur, amma anası ukraynalıdır.

Final gecəsinin əsas qonaqları Fransanın “Eurovision 2012” Mahnı Müsabiqəsindəki təmsilçisi Anqun (Anggun) və ölkəni 2010-cu ildə müsabiqədə təmsil edən Alyoşa olub.
Tədbirdə Azərbaycanın qalibiyyətinə və ev sahibliyinə həsr edilmiş xüsusi video-çarx da nümayiş etdirilib. Video-çarxda qaliblər Eldar Qasımov və Nigar Camalın Düsseldorf çıxışları, Bakıda “Buta Palace”da baş tutan açar təqdimetmə, loqo və şüarın təqdimatından kadrlar da olub. Tamaşaçılara xatırladılıb ki, müsabiqənin builki ev sahibi Azərbaycandır və 57-ci “Eurovision” Mahnı Müsabiqəsi “Light your fire” şüarı altında baş tutacaq.

Qeyd edək ki, Ukrayna Bakıda keçiriləcək yarışmanın mayın 24-də keçiriləcək II yarımfinalında çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR