“Dell” şirkətinin xalis mənfəəti ötən il 3,5 mlrd. dollara çatıb

“Dell” şirkətinin xalis mənfəəti ötən il 3,5 mlrd. dollara çatıb
# 22 fevral 2012 07:36 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Dell” şirkətinin xalis mənfəəti fevralın 3-də başa çatmış 2011-2012-ci maliyyə ilində 32,5% artaraq, 2 mlrd. 635 mln. dollardan 3 mlrd. 492 mln. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, şirkətin açıqladığı maliyyə hesabatında bildirilir ki, ötən il gəlirləri 0,9% artaraq 62 mlrd. 071 mln. dollar təşkil edib. Bir il əvvəl bu göstərici 61 mlrd. 494 mln. dollar olub.

Hesabat dövründə “Dell”in əməliyyat mənfəəti 29% artaraq 3 mlrd. 433 mln. dollardan 4 mlrd. 431 mln. dollara çatıb.

Qeyd edək ki, “Dell” kompüter istehsalı ilə məşğul olan nəhəng şirkətlərdən biridir. Şirkətin mənzil-qərargahı Texas ştatının Raund-Rok şəhərində yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR