Yaponiya İrandan neft idxalını azaldacağı ilə bağlı xəbərləri təkzib edib
23 fevral 2012 19:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Yaponiya hökuməti İrandan neft idxalını azaldacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. APA-nın məlumatına görə, Yaponiya Nazirlər Kabinetinin rəsmi açıqlamasında rəsmi Tokionun ABŞ-la İrandan neft idxalını azaltmaq üçün heç bir razılıq əldə etmədiyi bildirilib. Məlumatda yalnız Yaponiya və ABŞ arasında Yaxın Şərqdəki proseslərin müzakirə olunduğu qeyd edilib.
Qeyd edək ki, Yaponiyanın “Yumiyuri” qəzeti rəsmi Tokionun İrandan neft idxalını 11%, “Nikkey” qəzeti isə 20% azaldacağını yazaraq müvafiq qərarın fevralın sonlarınadək qəbul olunacağı qeyd edilib. Hazırda Yaponiya neftə olan tələbatının 8,8%-ni İranın hesabına ödəyir.

Asiya
İsrailli nazir Benyamin Netanyahunu istefa ilə hədələyib
01:52
19 may 2024
Çin kəşfiyyatı kosmik sektorda casusluq hallarını üzə çıxarıb
00:47
19 may 2024
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
21:35
18 may 2024
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024