Əfqanıstanda qar uçqunu altında qalmış 150 nəfərin axtarışı davam edir

Əfqanıstanda qar uçqunu altında qalmış 150 nəfərin axtarışı davam edir
# 10 mart 2012 17:34 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın şimal-şərqində bir kəndin qar uçqunu altında qalması nəticəsində itkin düşmüş 150 nəfərin axtarışı davam edir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, qar uçqunu nəticəsində 50 nəfərə qədər insan ölüb. Xilasedicilər sağ qalanların axtarışını aparırlar. Lakın kəndin uzaq nöqtələrinə keçə bilmirlər.
Yerli hakimiyyət orqanları bildiriblər ki, bu ilin qışı Əfqanıstanda son 15 ildə ən soyuq qışdır.
Qar uçqunu martın 4-də baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR