Leyla Əliyeva: “Biz dəstək verməyə və kömək etməyə hazırıq ki, Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi daha maraqlı və gözəl olsun” - VİDEO

Leyla Əliyeva: “Biz dəstək verməyə və kömək etməyə hazırıq ki, Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi daha maraqlı və gözəl olsun” - <font color=red>VİDEO</font>
# 13 mart 2012 10:45 (UTC +04:00)
APA-nın məlumatına görə, “OGAE-Azerbaijan”a dəstək olan Leyla Əliyeva müraciətində bunları deyib: “Əziz dostlar, biz çox şadıq ki, bu il “Eurovision” mahnı müsabiqəsi Bakıda keçiriləcək. Bu, bizim şəhərimizi, qədim tariximizi, zəngin mədəniyyətimizi və ənənələrimizi göstərməyə çox yaxşı bir imkandır. Əminəm ki, şəhərimiz müsabiqəyə gələn hər bir insanın xoşuna gələcək və onlar şəhərə ilk baxışdan vurulacaqlar Təbii ki, bu, böyük nailiyyətdir, çünki Azərbaycan bu müsabiqədə 4 ildir iştirak edir.
Biz qaliblərimizlə və bu müsabiqənin şəhərimizdə keçirilməsi ilə fəxr edirik. Onların qalibiyyəti çox emosional və xoşbəxt an idi. Mən “Eurovision”un fan-klubuna, bu gənclərə və onların təşəbbüsünə, ideyasına görə təşəkkür etmək istərdim. Biz hər şey etməyə, dəstək verməyə və kömək etməyə hazırıq ki, Bakıda keçiriləcək müsabiqə daha da maraqlı və gözəl olsun”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, şoumen Murad Dadaşov, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva və digərləri müraciətləri ilə “OGAE-Azərbaijan”ı dəstəkləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR