BBVB-nin valyuta bölməsində 3,050 mln. dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 3,050 mln. dollarlıq əqdlər bağlanılıb
# 14 mart 2012 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Biryasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7858 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7853 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 825 720 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7853 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 571 600 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7858 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,050 mln. dollar və ya 2 397 320 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,36%, ABŞ dolları üzrə isə illik 12,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR