«Qarant Sığorta Agentliyi» avtomobillərin icbari sığortası üzrə aksiya keçirir

«Qarant Sığorta Agentliyi» avtomobillərin icbari sığortası üzrə aksiya keçirir
# 15 mart 2012 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta Agentliyi» Novruz bayramı ərəfəsində, martın 15-dən 31-dək «Bahar Kampaniyası» keçirir.

«Qarant Sığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, şirkət bütün növ avtomobillərin icbari sığortasına 10% endirim təklif edir. Endirimlər minik avtomobilləri, avtobuslar, mikroavtobuslar, yük avtomobilləri və digər avtonəqliyyat vasitələrinə şamil olunur.

Qeyd edək ki, şirkət icbari sığorta polislərinin Bakı, Bakı ətrafı, Xırdalan və Sumqayıt şəhərlərinə pulsuz çatdırılmasını təşkil edir. Müştərilər (012) 499-79-76/77/75 nömrələrinə zəng vurmaqla icbari sığorta polisini sifariş edə bilərlər.

Xatırladaq ki, «Qarant Sığorta Agentliyi» 2009-cu ildə təsisçisi «ZQAN Holding» olan «Qarant Sığorta» şirkəti tərəfindən yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR