Bakı Metropolitenindən istifadə edənlərin sayı son bir ildə 8% artıb

Bakı Metropolitenindən istifadə edənlərin sayı son bir ildə 8% artıb
# 31 mart 2012 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin fevral ayı ərzində Bakı Metropolitenindən 15,1 mln. nəfər sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 2% azdır. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, buna baxmayaraq, cari ilin yanvar-fevral aylarında metrodan 30,5 mln. nəfər istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 7,8% çoxdur.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR