Xəzərin Azərbaycan sektorunda batan balıqçının meyiti tapılıb

Xəzərin Azərbaycan sektorunda batan balıqçının meyiti tapılıb
# 09 aprel 2012 10:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Xəzərin Azərbaycan sektorunda batan balıqçının meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxıb və batıb. Bu gün aparılmış axtarış-xilasetmə əməliyyatı nəticəsində R. Əliyevin cəsədi batdığı ərazidən təxminən 500 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR