Mahmud Əhmədinejad: İran nüvə proqramından 1 millimetr də geri çəkilməyəcək

Mahmud Əhmədinejad: İran nüvə proqramından 1 millimetr də geri çəkilməyəcək
# 13 aprel 2012 01:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran nüvə haqqını müdafiə edəcək və nüvə proqramından 1 millimert də geri çəkilməyəcək”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, hətta ən güclü təsirlər də bizi bu yoldan dönməyə məcbur etməyəcək: “İran xalqı sonadək öz hüquqlarını müdafiə edəcək”.
Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi də İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrdə Tehranın heç bir şərt qəbul etməyəcəyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR