MTN və Baş Prokurorluq Bakıda baş verən zorlama cinayəti ilə bağlı birgə məlumat yayıb

MTN və Baş Prokurorluq Bakıda baş verən zorlama cinayəti ilə bağlı birgə məlumat yayıb
# 13 aprel 2012 11:16 (UTC +04:00)
MTN-dən APA-ya verilən məlumata görə, nazirliyin və Baş Prokurorluğunun birgə həyata keçirdiyi tədbirlər nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Cəfər Rauf Yusif oğlunun cinayət əməlləri ifşa olunub. Araşdırmalarla müəyyən edilib ki, Rauf Cəfər 2011-ci ilin aprel-may aylarında yaxın tanışı Adil Kərimovun (ad və soyad şərtidir) Qaradağ rayonunda yerləşən evinə gedib-gələrkən onun nəvəsi, 2004-cü il təvəllüdlü Sevinc Kərimovanın (ad və soyad şərtidir) evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.

Rauf Cəfər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR