“Cəfəri” dini qruplaşmasının rəhbəri Abgül Süleymanov barəsində cinayət işi məhkəməyə göndərilib

“Cəfəri” dini qruplaşmasının rəhbəri Abgül Süleymanov barəsində cinayət işi məhkəməyə göndərilib
# 03 may 2012 15:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. “Cəfəri” dini qruplaşmasının həbsdə olan rəhbəri Abgül Süleymanov barəsində cinayət işi yekunlaşaraq baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib. Cinayət işinin hazırlıq iclası isə mayın 11-nə təyin edilib.

A. Süleymanov Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. O, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, ölkədə iğtişaşların törədilməsi, ictimai təhlükəsizliyin pozulması cəhdlərində və insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir.

A. Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR