Azərbaycan “Ümid” yatağından çıxarılan qazın istifadəsinə sentyabrdan başlayacaq

Azərbaycan “Ümid” yatağından çıxarılan qazın istifadəsinə sentyabrdan başlayacaq
# 31 may 2012 13:19 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, yataqda qazılmış quyu yaxın günlərdə hasilat üçün tam hazır vəziyyətə gətiriləcək: “Paralel olaraq “Ümid” platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirən yeni qaz kəməri çəkilir. Bu kəmərin çəkilişi avqust ayında başa çatmalıdır. Kəmər hazır olduqdan sonra - sentyabr ayından isə qazın istifadəsinə başlanacaq”.

X.Yusifzadə qeyd edib ki, quyunun hasilat gücü gündə 1 mln. kubmetrdən az olmayacaq: “Quyudan çıxarılan qaz daxili tələbat üçün istifadə olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR