SAM-ın əməkdaşı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun II Beynəlxalq Model Qlobal Sammitində iştirak edəcək

SAM-ın əməkdaşı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun II Beynəlxalq Model Qlobal Sammitində iştirak edəcək
# 03 iyul 2012 09:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun II Beynəlxalq Model Qlobal Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərinə gedəcək. SAM-dan APA-ya verilən məlumata görə, tədbirdə DƏİKGF-a 57 üzv dövlətdən 190-na yaxın tələbənin, media nümayəndələrinin iştirakı gözlənilir. Rövşən İbrahimovun Yüksək Səviyyəli Məsləhətçi Şurasının üzvü kimi iştirakı və eyni zamanda forum iştirakçıları qarşısında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulur.

Tədbirin məqsədi gənclər arasında islam əməkdaşlıq təşkilatına üzv olan dövlətlərin münasibətlərinin necə formalaşdığını müzakirə etmək və öyrənməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR