Salyan rayonunda bir gündə baş verən yol qəzalarında iki nəfər ölüb, iki nəfər yaralanıb

Salyan rayonunda bir gündə baş verən yol qəzalarında iki nəfər ölüb, iki nəfər yaralanıb
# 05 iyul 2012 12:48 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonu ərazisində bir gündə baş verən avtomobil qəzalarında iki nəfər ölüb, iki nəfər yaralanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisələr iyulun 4-də qeydə alınıb. Ələt-Astara magistral yolunun 65-ci kilometrliyində Salyanın Sarvan kəndi ərazisində Salyan rayon sakini Zabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı 10-XF-663 dövlət nömrə nişanlı avtomobillə, Astara rayon sakini Ərəstun Əsədovun idarə etdiyi "DAF" markalı 85-DZ-559 dövlət nömrə nişanlı yük maşını toqquşub. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü Salyan rayonu Şörsulu kənd sakini hadisə yerində dünyasını dəyişib. Onun yanındakı sərnişin - Sarvan kənd sakini, 1995-ci il təvəllüdlü Rza Qadir oğlu İsmayılov isə ağır yaralanıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Digər avtomobil qəzasında isə Biləsuvar rayon sakini Həmid Bayramovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşın aşıb. Xəsarət almış H. Bayramov və sərnişini, Biləsuvar rayon sakini Cəmilə Cəlilova xəstəxanaya yerləşdirilib. C. Cəlilova bir gün sonra iyulun 5-də Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.



.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR