Rusiya İstintaq Komitəsi azərbaycanlı din xadimi Mətin Mehdiyevin qətlində şübhəli bilinənlərin saxlanılması ilə bağlı məlumat yayıb

Rusiya İstintaq Komitəsi azərbaycanlı din xadimi Mətin Mehdiyevin qətlində şübhəli bilinənlərin saxlanılması ilə bağlı məlumat yayıb
# 30 iyul 2012 13:25 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İstintaq Komitəsi Mətin Mehdiyevin qətli ilə bağlı 3 nəfərin saxlanıldığını açıqlayıb. Bunlar Orenburq vilayətinin sakini, 28 yaşlı Vitali Kalinin, Tomsk vilayətinin 26 yaşlı sakini Nikolay Yermakov və Qazaxıstan vətəndaşı, 26 yaşlı Aleksandr Savelyevdir.
Qeyd edək ki, 11 aprel 2012-ci il tarixində, gecə saat 02:00 radələrində Moskva şəhərində, Vtoraya Bretskaya 43 ünvanında üzərində zorakılıq əlamətləri, baş və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yaraları olan kişi meyiti tapılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində zorakılıq əlamətləri olan cəsədin 33 yaşlı Moskva sakini Mətin Mehdiyev olduğu müəyyən edilib. Əsas versiyalardan biri kimi qətlin qarət məqsədi ilə törədildiyi irəli sürülüb. Belə ki, qətldən sonra mərhumun üzərindən “Vertu” markalı bahalı mobil telefonu, içərisində 5-6 min rubl olan pul kisəsi və evin açarı oğurlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR