Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb
# 06 avqust 2012 10:06 (UTC +04:00)
Bakı. Sevil Zeynaıqızı - APA. Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda məntəqədə su sərfi 77 kubmetr/saniyə, ongünlük normanın 58 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində isə 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 kubmetr/saniyə olmaqla, ongünlük normanın 105 faizini təşkil edir.

Avqustun 3-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4, Şirvanda 6, Salyanda 13, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə 2 santimetr azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338, Şirvanda 208, Salyanda 167, Bankədə 221, Araz çayının Novruzlu məntəqəsində isə 101 santimetrdir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-90, Naxçıvan MR çaylarında isə 110-115 faizini təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR