Azərbaycan Yazıçılar Birliyi İrana getmək istəyən qurum üzvlərinə xəbərdarlıq edib

Azərbaycan Yazıçılar Birliyi İrana getmək istəyən qurum üzvlərinə xəbərdarlıq edib
# 06 sentyabr 2012 10:55 (UTC +04:00)
Çünki biz ictimai təşkilatıq. Amma istərdik ki, İrana gedən birlik üzvləri ehtiyatlı olsunlar və belə hadisələrlə üzləşə biləcəklərini nəzərə alsınlar”. APA-nın xəbərinə görə, bunu AYB-nin katibi, “Pen-Klub”un prezidenti Çingiz Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Şairlərin İranda həbsindən sonra “Pen-Klub”un onların müdafiəsinə qalxdığını, dünyanın müxtəlif “pen-klub”larına müraciət etdiyini xatırladan AYB katibi deyib ki, 14-ə yaxın “pen-klub” İran hökumətinə şairlərin azadlığa buraxılması üçün müraciət edib: “Bununla bağlı ilk gündən çox böyük narahatlıqlar var idi. Onlara qarşı müxtəlif ittihamlar səslənirdi. Azərbaycan dövləti sağ olsun ki, öz vətəndaşları olan şairlərin azad olunması üçün böyük əmək sərf etdi. Mən xatırlamıram ki, hansısa vətəndaşa görə beş dəfə nota verilsin”.

Ç. Abdullayev şairlərin heç bir cinayətlərinin olmadığını da vurğulayıb.

Daha sonra AYB katibi İranda həbs olunan şairləri müdafiə etmədiklərinə, müdafiə edənləri isə qınadıqlarına görə, Azərbaycanın jurnalist təşkilatlarını, politoloqları günahlandırıb: “Bəzilər deyirdilər ki, bunlar nəyə lazımdır? Jurnalist təşkilatlarının heç biri onların müdafiəsi üçün çalışmadı. Elə azərbaycanlılar var ki, ölkədə nə qədər çox pis olsa, onlar bir qədər çox sevinirlər. Azərbaycanda baş verən hər hansı hadisəyə Amerika, Norveç səfirlikləri dərhal reaksiya verirlər. Amma şairlərin həbsinə heç bir reaksiya vermədilər”.

AYB katibi Azərbaycan şairlərinin həbsinin İranın imicinə çox böyük zərbə vurduğunu da bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR