Abel Məhərrəmov: “Tələbələrin təhsil formasını sərbəst seçmələri universitetdə xırda problemlər yaradıb”

Abel Məhərrəmov: “Tələbələrin təhsil formasını sərbəst seçmələri universitetdə xırda problemlər yaradıb”
# 12 sentyabr 2012 11:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Universitetdə qeydə alınan bu ilki nəticələr bir qədər gözlənilməz olub: “Əvvəllər BDU-ya qəbul olunan 3500 tələbənin 25-30 faizi qiyabi təhsil formasında təhsil alırdı. Builki tələbə qəbulu sistemində edilən dəyişikliyə əsasən, onlar təhsil almaq istədikləri istiqaməti özləri seçdiklərindən daha çox əyani təhsilə üstünlük veriblər. Bu məsələ dövlətin apardığı siyasət olduğundan tələbələrə heç bir baryer qoyulmadı. Universitetə qəbul olan tələbələrdən yalnız 90-a yaxını qiyabi təhsil almaq istədi. Amma bu, xırda problemlərə də gətirib çıxardı. Çünki elə ixtisas var idi ki, orada 1-3 tələbə təhsil almaq istəyirdi. Bunları rektorluqda müzakirə edərək müəyyən çıxış yolları tapmışıq. Əsas odur ki, gəncin istək və arzusu həyata keçsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR