«Şahdəniz» qazının ixrac marşrutu 2013-cü ilin mayınadək məlum olacaq

«Şahdəniz» qazının ixrac marşrutu 2013-cü ilin mayınadək məlum olacaq
# 15 sentyabr 2012 12:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan qazının Avropaya nəqli ilə bağlı əsas marşrutun seçimi 2013-cü ilin may ayında başa çatacaq.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, qaz nəqli marşrutu kimi iki layihəyə - «TAP» və «Nabucco West» layihələrinə baxılır.

R.Abdullayevin sözlərinə görə, hələlik bu layihələr araşdırılır: «Bildiyiniz kimi, bu layihələr 40-50 illik müddət üçün nəzərdə tutulan layihələrdir və biz bu seçimdə səhv etməməyə çalışacağıq. Buna görə də bu layihələrin hər ikisini araşdırıb onların bütün xüsusiyyətlərini bilmək istəyirik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR